İnsanlara hürriyət, millətlərə istiqlal!

Floridada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis leysan yağışların törətdiyi daşqınlar səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Brauard dairəsində yerləşən Fort-Loderdeyl şəhəri daşqından daha çox zərər çəkib. Şəhərdə evlər su altında qalıb, yollar bağlanıb. Yerli aeroport cümə günündən tez işləməyəcək.

Ötən 24 saat ərzində Floridada bəzi ərazilərə 600 mm-dən çox yağış düşüb.

Ştatın meteoroloji xidməti əhalini səyahətə çıxmamağa və hündür yerlərdə sığınmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR