Onlayn ictimai-siyasi qəzet
Ermənistan 2023-cü ildə Qarabağ üzərində ərazi nəzarətini tamamilə itirdikdən sonra Azərbaycanla sülh sazişi üzrə danışıqlar aparır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Ermənistana dair proqnozunda yazılıb.
Qeyd edək ki, agentliyin hesabatında Azrəabycana qarşı qərəzli mövqe sərgilənib və rəsmi Bakıya əsassız ittihamlar irəli sürülüb.
Məsələn "Fitch"in fikrincə, hərtərəfli sülh sazişi "Azərbaycanın Ermənistandan öz ərazisindən tranzit dəhlizinin yaradılması və siyasi baxımdan razılaşması çətin olacaq konstitusiya dəyişiklikləri tələbləri səbəbindən" çətin olacaq.
“Bizim əsas ssenarimiz münaqişənin eskalasiyasını nəzərdə tutmur, baxmayaraq ki, Azərbaycan qoşunları Ermənistan ərazisində qalır (?-red.) və vaxtaşırı atışmalar baş verir”, - reytinq agentliyi qeyd edir.
Fitch öz proqnozunda Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsini də qeyd edir.
“Belə görünür, Rusiya ilə münasibətlər pisləşib: Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını və büdcə töhfələrini dayandırıb, həmçinin ABŞ-la birgə hərbi təlimlərdə iştirak edir. Bununla belə, Rusiya ilə ticarət əlaqələri güclü olaraq qalır və enerji təhlükəsizliyində Rusiyadan asılılıq çox yüksəkdir”.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ