İnsanlara hürriyət, millətlərə istiqlal!

Firəngiz Rəhimbəyovanın analığı: "Məzarını ziyarət edə bilmirəm" - VİDEO

Mərhum müğənni, aktrisa Firəngiz Rəhimbəyovanın analığı Sona Rəhimbəyova "Günaydın, Azərbaycan" proqramına açıqlama verib. 

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, o, hazırda qocalar evində yaşadığını bildirib:

"Yoldaşım rəhmətə gedəndən sonra, kirayə qaldım. Sonra bacım dedi ki, səni elə yerə göndərək rahat olasan: nə bişirəsən, nə iş görəsən. 7 ildir burada yaşayıram. Firəngiz dedi ki, gəl, Amerikaya, otaq verək yaşa. Dedim ki, burada doğulmuşam, burada qalacağam. Onunla sonuncu dəfə avqustda danışmışam. Elə bir qadın idi ki, hamıya yaxşılıq edirdi. Eşitdim ki, rəhmətə gedib, üç gün özümə gələ bilmədim. Onu Amerikada dəfn ediblər. Məzarını ziyarət etmək mənə çətin olar". 

Qeyd edək ki, aktrisa avqustda Amerikada ürəktutmasından vəfat edib. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR