İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiyaya gedən sualtı qaz kəmərini Çin gəmisi sıradan çıxarıb?

Estoniyadan Finlandiyaya uzanan sualtı “Balticconnector” qaz kəmərinin zədələnməsi Çinə məxsus gəmi tərəfindən törədilə bilər.

Musavat.com xəbər verir ki, Estoniyanın “Rosyimees” qəzetinin yazdığına görə, hadisə baş verən gün və saatlarda gəmi həmin ərazidə olub:

“Marine Traffic dəniz yolları analitika saytının məlumatına görə, oktyabrın 8-də kəmərə ən yaxın keçən “Newnew Polar Bear” adlı Çinə məxsus konteyner daşıyıcısı olub. Gəmi HonqKonq bayrağı altında hərəkət edib”.

Estoniyanın dövlət qurumlarından qəzetə məsələnin çox həssas və siyasi çalarlı olduğunu, buna görə də konkret dəlil olmadan hansısa ittiham irəli sürməyin mümkün olmadığını bildiriblər. Buna görə də Estoniya hökumət rəsmi şəkildə Çinə müraciət etməyib.

Qeyd edək ki, hadisə baş verən vaxt “Newnew Polar Bear” Kalininqradda fasilə verməklə Şanxaydan Sank-Peterburqa gedirmi. Konteyner daşıyıcısı saatda 11 düyüm sürətlə hərəkət etdiyi halda, kəmərə yaxınlaşdığı vaxt – gecə saat 01.19-da sürətini 9,5 düyünə qədər azaldıb, 01.24-də yenidən sürəti 11 düyümü keçib. Qəzet yazır ki, bu aralıqda gəmi kəmərə toxunub.

Qeyd edək ki, bundan əvvəl Finlandiya qurumları da kəmərin hansısa gəminin tufanlı havada suya saldığı lövbəri tərəfindən zədələnməsi ehtimalını irəli sürmüşdülər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR