İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya XİN başçısı: NATO Baltik dənizinə iki hərbi gəmi göndərəcək

NATO sualtı qayıqların mühafizəsi üçün Baltik dənizinə iki hərbi gəmi göndərəcək.

“Report” xəbər verir ki, bu barədə “Yle” telekanalı Finlandiyanın xarici işlər naziri Elina Valtonenə istinadən məlumat yayıb.

"NATO-nun Baltik dənizində genişlənmiş iştirakı sakitləşdirici və sabitləşdirici təsir göstərir. Belə bir qərarın qəbul edilməsindən çox məmnunuq", - nazir vurğulayıb.

Onun sözlərinə görə, Finlandiya gəmilərə nəzarəti gücləndirməyi planlaşdırır, lakin bəzi yoxlamalar gəmilər üçün könüllü olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR