İnsanlara hürriyət, millətlərə istiqlal!

Financial Times: "Ukrayna Aİ-dən ayda 250 000 artilleriya mərmisi istəyir"

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Aİ-nin 27 ölkəsindəki hərbi sursatlarla bağlı kritik çatışmazlığı aradan qaldırmaq üçün Kiyevə ayda 250 min artilleriya mərmisi verməsini istəyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Reznikovun məktubunu “Financial Times” qəzeti dərc edib.

Reznikovun sözərinə görə, mərmi çatışmazlığı səbəbindən artilleriya “atəş qabiliyyətinin sadəcə beşdə birindən istifadə edə bilir”.

Ukraynanın tələbi isə Aİ-nin müzakirə etdiyi yardımdan qat-qat artıqdır.

Müdafiə nazirinin bildirdiyinə əsasən, artilleriya “düşmənin hərbi gücünün məhv edilməsində həlledici rol oynayır”.

Onun sözlərinə görə, Ukrayna orta hesabla ayda 110 min ədəd 155 mm-lik mərmi istehsal edir ki, bu da Rusiyanın istifadə etdiyi mərmilərin sadəcə dörddə birini təşkil edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR