Onlayn ictimai-siyasi qəzet
Financial Times yazır ki, Rusiya Ukraynanın enerji sistemini məhv etmək üçün İranın ballistik raketlərindən istifadə edəcək.
Musavat.com-un məlumatına görə, bu barədə nəşr rəsmilərə istinadən yazıb: "Rusiya Silahlı Qüvvələri bu raketlərdən Xarkov və Sumı, eləcə də cəbhə xəttində zərbələr endirmək üçün istifadə edəcək. İran raketlərinin tədarükü Rusiyaya Ukraynanın dərinliklərindəki hədəfləri vurmaq üçün Kinjal raketlərini yerləşdirməyə imkan verəcək".
Ukraynanın keçmiş müdafiə naziri və Kiyev Müdafiə Strategiyaları Mərkəzinin direktoru Zaqorodnyuk hesab edir ki, İran raketləri “böyük təhlükə” yaradır.
“Raketlər Ukraynanın enerji sistemini məhv etmək üçün göndəriləcəklər”, - o deyib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ