Onlayn ictimai-siyasi qəzet
FIFA Türkiyədən altı klubun transferlərinə qadağa qoyulmasına qərar verib.
Qeyd olunur ki, bir Superliqa komandasına qeyri-müəyyən müddətlik transfer qadağası, dörd Super Liqa və bir 1-ci Liqa komandasına üç transfer dövrü ərzində qadağa qoyulub.
Super Liqada “Kayserispor”a qeyri-müəyyən transfer, “Adana Dəmirspor”, “Antalyaspor”, “Ankaragücü” və “Konyaspor”a isə 3 transfer müddətinə qadağa qoyulub.
Superliqa komandalarından başqa, 1-ci Liqada liderliyini davam etdirən “Eyüpspor” da 3 müddətlik cəza alıb.
Qərardan sonra “Eyüpspor” sosial şəbəkədə cəzanın 24 saat ərzində ləğv ediləcəyini açıqlayıb.//Oxu.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ