Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Telnov küçəsində azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Bakı Regiona Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 2016-cı il təvəllüdlü azyaşlını xilas ediblər.
ŞƏRHLƏRŞƏRH YAZ