İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: “Radikal qüvvələrə deyirəm ki, buyurun, meydan açıqdır”  

 

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi qərarının xalqın iradəsinə söykəndiyini söyləyib.

Musavat.com xəbər verir ki, deputat  bu barədə parlamentin dekabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı danışarkən bildirib ki, Azərbaycan artıq qalib dövlətdir: “Prezident İlham Əliyev 2018-ci ildə yenidən dövlət başçısı seçiləndən sonra qarşıya qoyduğu bütün hədəflərə çatdı, uzun illər xalqı narahat edən separatçı yuvanı yerlə-bir etdi. Həm ərazi olaraq bütövləşdik, həm də suverenliyimiz təmin edildi”.

F.Ağamalı qeyd edib ki, hazırda yeni çağırışlar var və buna uyğun olaraq növbəti illərdə Azərbaycanı yüksək səviyyəyə qaldırmağa ehtiyac duyulur: “Gələn ilin Prezident seçkiləri məntiqlidir və Azərbaycan xalqının iradəsinə söykənir. İnanıram ki, xalqımız bu dəfə də yüksək siyasi fəallıqla İlham Əliyevə səs verəcək, növbəti illərdə Azərbaycanı daha da irəliyə aparmaq imkan yaradılacaq. Buradan seçkilərə qarşı çıxan radikal qüvvələrə deyirəm ki, buyurun, meydan açıqdır. Əgər özünüzdə siyasi iradə və güc görürsünüzsə, seçkilərdə iştirak edin”.

E.Paşasoy,

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR