İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəzail Ağamalı: Fransa Cənubi Qafqazda Rusiyanı sıxışdıraraq, uzaqlaşdırmaq istəyir

Artıq bir müddətdir ki, Fransa ilə Azərbaycan arasında münasibətlər gərgin dövrünü yaşayır. Diplomatik müstəvidə yaşanan gərginlik fonunda Azərbaycanda Fransanın xüsusi xidmətlər orqanlarının Azərbaycanda fəaliyyət göstərən şəbəkəsinin da ifşa olunduğu bildirilib, həbslər həyata keçirilib.

Son günlər isə bəzi media orqanlarında həmin məsələnin təfərrüatları açıqlanır. Eyni zamanda iki ölkə arasında gərginlik səngimir.

Bir neçə gün əvvəl Fransa XİN-in Avropa və Afrika Məsələləri Departamentinin rəhbəri Stefane Sejourne iddia edib ki, "Azərbaycan Ordusu hər­bi eskalasiyanı artırır, Ermənistan torpaqlarını işğal etməyə çalışır". Azərbaycan Xarici İşlər Nazirliyi da öz növbəsində buna kəskin reaksiya verib.

Milli Məclisin deputatı Fəzail Ağamalı Turan.az-a bildirib ki, Fransa Cənubi Qafqazda Rusiyanı sıxışdırıb onun yerinə gəlmək, regionda möhkəmlənmək və bununla da Ermənistana hərtərəfli yardım göstərmək niyyətini güdür: "Onun parlamentindən, Xatici İşlər Nazirliyindən tutmuş vətəndaş cəmiyyətinə, mətbuatına qədər hamısı Azərbaycan üstünə gəlməkdədilər və eyni zamanda Ermənistana kömək etməkdədilər. Ona görə də Fransa Azərbaycanla bütün körpüləri yandırmağa davam edir".

Deputat qeyd edib ki, Fransa Etmənistana qucaq açıb Azərbaycanı küncə sıxışdırmaq istəyir: "Fransa Azərbaycanın 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında qazanmış qələbələri həzm edə bilmir və Ermənistana hərbi yardım göstərir. Bununla da Fransa Azərbaycanla münasibətləri gərginləşdirməkdən əl çəkmir".

F.Ağamalının sözlərinə görə, Fransa-Azərbaycan münasibətlərin gərginləşməsində günah Fransanın üzərinə düşür: "Biz bununla bağlı hər hansı narahatlıq keçirmək üçün əsas görmürük. Fransa dünyanın və Avropa İttifaqının yeganə ölkəsi deyil. Bizim Avropa İttifaqında çoxsaylı dostlarımız var və münasibətlərimiz inkişaf edir".

Deputatın fikrincə, son vaxtlar Fransanın cəhdlərinə baxmayaraq Avropa İttifaqının Ermənistanla münasibətlərində ciddi irəliləyiş yoxdur: "ABŞ-ın dövlət katibi, Avropa Komissiyasının sədri və Ermənistanın Baş nazirinin görüşü də ermənilərin gözlədiyi nəticəsini vermədi. Çünki burada da Azərbaycan diplomatiyası öz sözünü dedi".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR