İnsanlara hürriyət, millətlərə istiqlal!

Fevralda bələdiyyə seçkisi - müxalifət  üşüməkdən qorxmur 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, yanvar ayının 25-dən sonra bələdiyyə seçkilərinin keçirilməsi məqsədə uyğundur. Onun sözlərinə görə, noyabrın axırında bələdiyyə seçkilərinin dəqiq tarixi elan ediləcək.

MSK sədri bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı seçki məntəqələrinin hazırlıq işləri ilə bağlı danışarkən onu da deyib ki, tez bir zamanda dairə seçki komissiyaları formalaşdırılacaq. Onlar da öz növbəsində məntəqə seçki komissiyalarına müvafiq tapşırıqlar verəcəklər. 

Bələdiyyə seçkiləri Azərbaycan cəmiyyətinin və partiyaların marağında deyil. Bu, ondan irəli gəlir ki, adıçəkilən strukturun ölkənin həyatına təsir gücü yoxdur. İqtidar da buna görə vaxtın uzadılmasında hər hansı siyasi maraq güdmür.

Musavat.com mövzu ilə bağlı bir neçə partiya sədri ilə əlaqə saxlayıb. Maraqlıdır, kimlər bələdiyyə seçkilərində təmsil olunacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, bundan əvvəlki dönəmdə keçirilən bələdiyyə seçkilərində partiya üzvləri o qədər də həvəsli olmayıb. Onun sözlərinə görə, AMİP 1999-cu birinci bələdiyyə seçkilərində iştirak etməməklə bağlı qərar vermişdi. 2004-cü ildə keçirilən seçkilərdə isə partiya olaraq ölkə üzrə ikinci nəticə göstərilib.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

“Partiyanın çoxsaylı üzvləri, nümayəndələri bələdiyyələrdə təmsil olunurdular. Lakin sonrakı dönəmdə bələdiyyələrin səlahiyyət imkanlarının zəifləməsi, eləcə də seçkilərdəki ardıcıl uğursuzluqlar partiya üzvülərini bu seçkilərdə iştiraka həvəsləndirmirdi. Budəfəki seçkilərə isə kifayət qədər ciddi hazırlaşmışıq. AMİP parlamentdə təmsil olunduqdan sonra partiya üzvlərinin bələdiyyələrdə təmsilçiliyi ilə bağlı stimul yaranıb. Bununla bağlı ilkin qərarımız var.  Çalışacağıq ki, daha çox namizədlə iştirak edək. Namizədliyi irəli sürülmüş üzvlərimizin uğur qazanacağınabir əminliyimiz var.

Bələdiyyələrlə bağlı ciddi islahatlara gedilməlidir. Onların müəyyən səlahiyyətləri var, amma onların fəaliyyət imkanları bir çox halda məhdudlaşdırılıb. Bələdiyyə büdcələri əmlak və torpaq vergisi tutulmaqla formalaşır. Bu da elə də böyük vəsait deyil.  Çünki təkcə Bakıda 500-dən çox yaşayış sahəsi var.  Həmin evlərdən həm torpaq sahəsinin, həm də mülkiyyətin sənədinin olmamasına görə torpaq vergisi almaq da mümkün deyil.  Digər imkanlarla kifayət deyil ki, bələdiyyələr öz vəsaitlərini artırsınlar. Genişlənmiş büdcələr vasitəsi ilə əhatə etdikləri ərazidə işlər görə bilsinlər. Bələdiyyələrin vətəndaşlara təsir imkanları da zəifdir. Əmlak və torpaq vergisi verməyən sakinlərə yönəlik təsir etmə mexanizmi yoxdur. Bir çox hallarda bələdiyyələr yerli icra strukturlarının daha çox nəzarətində olurlar. Buna görə də sərbəst addımlar atmaqda problemlərlə üzləşirlər. Bu baxımdan səlahiyyətlərinin artırılmasına və yerli idarəçiliyin əhəmiyyətli hissəsinin bələdiyyələrə verilməsinə ehtiyac var. Bununla da bələdiyyələrin fəaliyyət imkanları genişlənər”.

Elşad Musayev qərarını verdi - Bu dairədən namizəd oldu Yeni Sabah

 Elşad Musayev

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyir ki, bələdiyyələr dünyanın hər yerində demokratik oqranlar hesab olunur. Əhali tərəfindən seçilir.  Hər bir ölkədə onların müxtəlif səlahiyyətləri var. 

“Parlamentdə də bələdiyyələrlə bağlı xeyli müzakirələr aparıldı. Bələdiyyələr var ki, hesabları bağlıdır. Sosial Müdafiə Fonduna borcları var və s. Bələdiyyələrin ərazisi müəyyən edilməli, inzibati hüquqları bəlli olmalıdır ki, əmlak və digər vergiləri yığa bilsinlər. Bələdiyyələrin təsir gücü artırılmalıdır. Yerli icra hakimiyyətlərində işləyənlərin sayını azaldıb, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir. Çünki bu seçkili orqandır, yaxşı işləməsə, növbəti dəfə onlara etimad göstərilməyəcək.  

Bələdiyyə seçkiləri çox vacibdir.  Siyasi partiyalar bu seçkilərdə təmsil olunmalıdırlar. Seçkilər keçirilən zaman bizim partiyada iştirak edəcək”.

Tural Abbaslı      

Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, onun partiyası da bu seçkilərdə iştirak edəcək.  Bununla bağlı partiya müzakirələr aparır.

“Azərbaycanda bələdiyyələrin tam təsir rıçaqları olmadığı üçün insanların sosial, siyasi və ictimai həyatında heç bir əhəmiyyətli rolları olmadığı üçün demək olar ki, siyasi partiyalar və vətəndaşlar bu seçkilərdə iştirak etməkdə maraqlı deyillər. Adətən sönük və rəqabətsiz seçki keçir. Hətta bir çox hallarda bələdiyyə üzvləri seçildiyi 5 il müddətində bələdiyyədə fəaliyyətləri belə olmur. Hətta böyük şəhərlərdəki bələdiyyələrdə funksional fəaliyyət göstərə bilmir.  Çünki Azərbaycanda icra hakimiyyətləri daha güclüdür. Onların əlində olan səlahiyyətlər bələdiyyələrə danışmağa imkan vermir. 

Buna baxmayaraq, bələdiyyə seçkilərində iştirak etmək qərarımız var. Bunu seçkilərdə təcrübə toplamaq üçün edirik. İmza toplama və insanlarla ünsiyyətdə oma vasitəsi kimi baxırıq. Seçilsək də ziyanı yoxdur. Kənarda qalmayacağıq”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR