Onlayn ictimai-siyasi qəzet
100-ə yaxın fermer Avropa Birliyinin Cənubi Amerika Ümumi Bazar (Mercosur) ölkələri ilə ticarət sazişinə etiraz etmək üçün Brüsseldəki Avrokvartalda toplaşıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, etirazçıların bəziləri traktorlarla Avropa Komissiyası və Aİ Şurasının binalarına gəliblər.
Etirazçılar sazişin AB-də ədalətsiz rəqabət yaradacağından qorxur və “Mercosur böhranı yox, ədalətli qiymətlərə sahib olaq” şüarı ilə kampaniya aparırlar. Vallon fermerlər təşkilatı Fugea bu sazişi fermerlər və ətraf mühit üçün təhlükəli adlandıraraq, bunun "AB-nin yaşıl keçid və kənd təsərrüfatının gələcəyi ilə bağlı strateji dialoq ambisiyalarına zidd olduğunu" deyir.
Assosiasiya həmçinin müqavilədəki mümkün kompensasiya müddəalarını rədd edir və deyir ki, Braziliya bu yaxınlarda öz mal ətinin Aİ-də qadağan olunmuş məhsullarla emal olunmadığına zəmanət verə bilməyəcəyini etiraf edib. Belə hesab olunur ki, Avropa Komissiyası noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitində razılaşmanın əldə olunmasında israrlıdır.
2019-cu ildə Aİ və Mercosur 20 illik danışıqlardan sonra ticarət sazişi imzalayıblar, lakin Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun dövründə Amazon meşələrinin qırılmasının artması Aİ ölkələrinin mövqeyinə zidd olduğu üçün müqavilə donduruldu. Luiz İnasio Lula da Silva 2023-cü ilin yanvarında Braziliyada hakimiyyətə gələrək iqlim dəyişikliyi ilə mübarizə üçün daha sərt tədbirləri elan etdikdən sonra ikitərəfli ticarət razılaşması məsələsi yenidən gündəmə daxil edilib.
2023-cü il dekabrın əvvəlində Merkosur ölkələri Rio-de-Janeyroda keçirilən sammitdən sonra Aİ ilə azad ticarət sazişi üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Mercosur Cənubi Amerikanın ən böyük ticarət və iqtisadi birliyidir, təsisçiləri Argentina, Braziliya, Paraqvay və Uruqvaydır. Onların ümumi ərazisi Cənubi Amerika ərazisinin demək olar ki, 72 faizini təşkil edir, əhalisi 295 milyon nəfərə çatır. Assosiasiyanın dünya ölkələri ilə ticarət balansı 2021-ci ildə 2020-ci illə müqayisədə 37 faiz artaraq 599 milyard dollara yaxın olub ki, bunun da 57 faizi ixracın payına düşüb. Üzv ölkələrin demək olar ki, hamısı böyük kənd təsərrüfatı ixracatçılarıdır.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ