Onlayn ictimai-siyasi qəzet
Rusiyada baş tutmayan silahlı qiyamdan sonra cəmiyyət prezident Putinin hakimiyyətdə ciddi kadr dəyişiklikləri edəcəyini gözləyir. Bildirilir ki, əgər bu baş verməsə, o zaman vətəndaşlar ölkədə qarışıqlığın yenidən təkrarlanmasından qorxacaq.
Ekspertlər xüsusilə Putinin güc strukturları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə son görüşünə diqqət çəkirlər. Ekspertlər baş prokuror İqor Krasnov, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, FTX-nin direktoru Aleksandr Bortnikov, Prezident Qvardiyasının rəisi Viktor Zolotov, Rusiya İstintaq İdarəsinin rəhbəri Aleksandr Bastrıkin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Prezident Administrasiyasının rəhbəri Anton Vaynonun iştirak etdiyi toplantıya diqqət çəkirlər, dəyişikliyin ilk növbədə bu şəxslərdən başlaya biləcəyini proqnozlaşdırırlar.
Şoyqu və Gerasimovun işdən çıxarılması ehtimalı “Vaqner”in Belarus ərazisinə daxil olması barədə elanından dərhal sonra fəal şəkildə müzakirə olunmağa başlayıb. Üsyan başlayandan bəri Gerasimovun harada olması barədə məlumat yoxdur. Şoyqu isə üsyan başlayandan bəri ilk dəfə iyunun 26-da televiziyaya çıxıb. O da bildirilir ki, üsyanın şərikləri, üsyanın qarşısını almayan şəxslərlə bağlı hazırda ciddi araşdırma gedir. Bildirilir ki, bu müddətdə Müdafiə Nazirliyinin rəhbərliyinin öz hərbi formasında qalacağı gözlənilir, amma sonra hesablaşma mütləq olacaq.
O da sirr deyil ki, krtitik vəziyyətdə Duma və Prezident Administrasiyası da tapşırığın öhdəsindən gələ bilməyib. Nazirlərdən fərqli olaraq, qubernatorlar və hərbi müxbirlər daha fəal olublar. Onlar dərhal hərəkətə keçiblər, əhalini sakitliyə çağırıblar. Yüz minlərlə abunəçisi olan hərbi müxbirlər isə “vaqnerçilər”ə Kremlin mövqeyini izah edib, cəbhə xəttindən prezidentin xəttini dəstəkləyən videolar yayımlayıb və onları xalqla silahlı münaqişədən əl çəkməyə çağırıblar.
Bəs istefaları nə vaxt gözləməliyik? Qeyd edilir ki, Putin bunu həmişə ən gözlənilməz anda edir. Yaranmış vəziyyət isə Putini düzgün qərar qəbul etməyə məcbur edəcək, bu dəfə elitadaxili və elitalararası maraqları rəhbər tutmayacaq. “Ola bilsin ki, fərmanlar artıq Putinin masasındadır” deyə, pravda.ru yazır.
Orxan ƏLİYEV,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ