İnsanlara hürriyət, millətlərə istiqlal!

Dillər Universitetinin tələbələri “Yeni Müsavat” Media Qrupuna gəldilər - FOTOLAR

Azərbaycan Mətbuat Şurasında istehsalat təcrübəsində olan Azərbaycan Dillər Universitetinin Filologiya və Beynəlxalq Jurnalistika fakültəsinin tələbələri bugün “Yeni Müsavat” Media Qrupunun redaksiyasında olublar.

MŞ sözçüsü Fəridə Ağazadənin Musavat.com-a verdiyi məlumata görə, fevral ayında başlayan və mayın 29-da başa çatacaq təcrübə proqramı çərçivəsində gənc jurnalistlər ölkənin aparıcı media qurumları ilə tanışlıq imkanı qazanırlar.

FARİDA SON.jpeg (130 KB)

Bugünkü görüş çərçivəsində tələbələr “Yeni Müsavat” qəzetinin fəaliyyəti ilə yaxından tanış olublar, qəzetin gündəlik iş rejimi, redaksiya prosesi və əməkdaşların iş prinsipləri barədə ətraflı məlumat alıblar.

Tələbələrlə görüşən “Yeni Müsavat” qəzetinin təsisçisi Rauf Arifoğlu gənclərlə maraqlı fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb və media sahəsində topladığı təcrübədən bölüşüb.

SUALLAR.jpeg (176 KB)

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov isə tələbələri redaksiyanın strukturu, xəbərin istehsal prosesi, canlı yayımlar və redaksiya otaqlarında gedən fəaliyyətlərlə tanış edib. Gənclər, eyni zamanda, “Musavat TV”nin canlı yayım prosesini yerindəcə izləyib, media mühitinin dinamikası barədə birbaşa təəssürat əldə ediblər. Daha sonra isə onlar baş redaktor Sevinc Telmanqızı ilə görüşüb, onun fikir və tövsiyələrini dinləyiblər.

Gənclər mediamızın duayenlərindən olan Xalid Kazımlı, Zahid Səfəroğlu və digər məşhur imzalarla - "Yeni Müsavat" qəzetinin baş redaktoru Nazim Sabiroğlu, Musavat.com-un baş redaktoru Əli Rais, “Yeni Müsavat” qəzetinin redaktoru Emil Salamoğlu, aparıcı müxbirlərimiz Elşad Paşasoy, Etibar Seyidağa, Cavanşir Abbaslı, Elşən Məmmədəliyev, İlkin Muradov, Afaq Mirayıq, Şahanə Rəhimova ilə də görüşüb, fikir mübadiləsi aparıblar.

Təcrübə ziyarəti xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb. “Yeni Müsavat” Media Qrupu gənc həmkarlarımıza gələcək peşə fəaliyyətlərində uğurlar arzulayır və onların bu sahədə inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR