İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi

Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat ləğv edilib.

Musavat.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri, III dərəcəli dövlət ədliyyə müşaviri Fərid Əhmədov qərar imzalayıb.

Qərara əsasən, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat" ləğv edilib.

Qeyd olunub ki, bu qərar Məhkəmə-Hüquq Şurası tərəfindən eyni münasibətləri tənzimləyən normativ xarakterli akt qəbul edildikdən sonra qüvvəyə minir.

Qərar aidiyyəti ədliyyə orqanlarına və məhkəmələrə göndərilib.

Xatırladaq ki, sözügedən təlimat 2011-ci ilin noyabrın 29-da ozamankı ədliyyə naziri Fikrət Məmmədovun qərarı ilə təsdiq edilmişdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR