İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələyin çarxı Paşinyanı, o isə velosiped çarxını fırladır - bu dəfə yol Göyçə gölünədir - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Göyçə gölünə velosiped yürüşü planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə “BBC Azərbaycan” məlumat yayıb.

Ermənistanın baş naziri artıq bir müddətdir ki, İrəvanda bir qrup velosiped həvəskarını başına toplayaraq "veloklub" yaradıb.

"Bu gün İrəvanda 4-cü veloyürüşümüz oldu, 20 kilometr. Velosiped dostluqdur, səbrdir, iradədir. Yaşasın velosiped", - Paşinyan "veloklub"un görüşündə deyib.

O, "veloklub"a qoşulmaq üçün şərtlərini də açıqlayıb: "Sıfır siyasət, səhər tezdən qalxmaq bacarığı, əməkdaşlıq, nizam-intizam və nəzakət".

Paşinyan həvəskar velosipedçilərlə birlikdə avqust ayında "Göyçə ətrafında" adlı üç günlük velosiped səyahəti təşkil etmək qərarına gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR