İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstinlilər HƏMAS-a qarşı küçələrə çıxdılar: QƏZZADA BİR İLK

Qəzza zolağının şimalında yerləşən bir şəhərdə fələstinlilər ilk dəfə olaraq açıq şəkildə HƏMAS-a qarşı etiraz aksiyası keçiriblər.

Musavat.com xəbər verir ki, bu hadisə İsraillə müharibənin başlandığı 17 ay ərzində HƏMAS-ın nəzarətindəki bölgədə qeydə alınan ilk kütləvi narazılıq aktı kimi qiymətləndirilir.

"The Wall Street Journal"ın yaydığı məlumata görə, şəhər sakinləri qıtlıq, yoxsulluq, ərzaq çatışmazlığı və təhlükəsizlik problemlərinə görə HƏMAS rəhbərliyini açıq şəkildə tənqid ediblər. Etirazçılar, təşkilatın idarəçiliyini, xüsusilə müharibə zamanı əhali üçün real dəstək təmin edə bilməməsini kəskin tənqid ediblər.

Hadisə zamanı bəzi şüarların səsləndirildiyi və HƏMAS-ın yerli nümayəndələrinin ərazidə ciddi narahatlıq keçirdiyi bildirilir. Bu aksiyanın təşkilatın daxili nüfuzuna zərbə vurduğu da qeyd olunur.

Qeyd edək ki, HƏMAS uzun illərdir Qəzza zolağında de-fakto hakimiyyətə sahibdir və bölgədə sərt nəzarət rejimi ilə tanınır. Bu baxımdan, baş verən etiraz qeyri - adi və riskli bir hadisə kimi qiymətləndirilir.

Xəbərin linki:https://on.wsj.com/424eaW4

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Mart 2025

BÜTÜN XƏBƏRLƏR