Onlayn ictimai-siyasi qəzet
Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarova ilə bağlı paylaşım edib.
İfaçı Zeynəb Xanlarovadan AzTV-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı təşkil etdiyi konsertdə geyindiyi libası ona hədiyyə verməsini istəyib.
"Bu paltarını mənə bağışlasın. Boynundakını istəmirəm. Onun saxtası məndə var. Mənə bağışladığı paltarı geyinib, onun mahnılarından ibarət "Mənim Zeynəbim" adlı konsert proqramı ilə çıxış edəcəyəm. Arzumu həyata keçirin, bax, ölüb-edəcəyəm yanıb-yaxılacaqsınız" deyə, F.Laçın sosial media hesabında yazıb. (Axşam.az)
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ