İnsanlara hürriyət, millətlərə istiqlal!

Fədayə Laçın o evdən imtina etdi: "Bizim deyil"

"O ev bizim deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Fədayə Laçın sosial şəbəkədə Laçın şəhərindəki dədə-baba yurdunda tikdirdiyi evlə bağlı yayılan videogörüntüyə aydınlıq gətirərkən deyib.

Sənətçi deyib ki, sözügedən evlə bağlı onun heç bir əlaqəsi yoxdur: "Kimsə paylaşıb. Həmin evin mənə aidiyyəti yoxdur. Bizim evi o vaxtı yandırmışıdlar, yerində izi də yox idi”.

"İşğaldan azad olunandan sonra Laçında olmusunuzmu" sualına Fədayə Laçın belə cavab verib:

"Laçında olmamışam, amma planda var, inşallah oralar qaydasına düşsün, gedəcəm".

Qeyd edək ki, sosial şəbəkədə müğənni Fədayə Laçının Laçındakı evinin görüntüləri yayılıb. Orada işləyən ustalardan biri tərəfindən lentə alınan görüntüdə evin müğənninin doğulduğu dədə-baba yurdu olduğu deyilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR