Onlayn ictimai-siyasi qəzet
Müğənni Fədayə Laçın ARB televiziyasında yayımlanan "Günə son" verilişində həbsxana həyatından danışıb.
Fədayə Laçın bu sözləri deyib: "Oğlum, anam, bacım həbsxanaya yanıma gəlirdilər. Başqa heç kimin gəlməsinə icazə yox idi. Ona görə də mənə yalnız ailə üzvlərim baş çəkirdi. Beş il həbs cəzası verilmişdi, iki il həbsdə qaldım. Sənət dostlarım arasında dəstək olanlar da vardı. Ən birinci anamın yanına Manaf Ağayev gəlmişdi. Müğənni Nadir Qafarzadə, Ədalət Şükürov, Rəqsanə İsmayılova, Nazilə Səfərli, Tarix Əliyev dəstək olmuşdular".
İfaçı aparıcının "Tacir Şahmalıoğlu həbsxanaya sizin yanınıza gəlmişdimi" sualına "Yanıma gəlməyə heç kimə icazə yoxdu. Həbsxanada olarkən Tacir mənə maddi dəstək də olmadı", - deyə cavab verib.
Fədayə Laçın həbsxanada yaşadıqlarını da dilə gətirib: "Həbsxanada çox yaxşı qızlar vardı. Hamısını çox istəyirəm, mənə çox yaxşı münasibət göstərirdilər, yaxşı qulluq edirdilər. Yuxudan oyanan kimi qoymurdular nəsə iş görüm. Çayım hazır idi. Stəkanımı belə yumağa qoymurdular. Ona görə hamısından razıyam.
Həbsxanadan sonra yalnız bir nəfərlə əlaqə saxlayıram. Məndən əvvəl azadlığa buraxılmışdı. Digərlərindən xəbərim yoxdur. İnsanları həbsxanada tanıdım. Həmişə çöldə olanda hamıya mehriban, səmimi yanaşmışam. Elə düşünürdüm ki, hər kəs yaxşı insandır. Orada insanların içüzü, cılızlıqları, xasiyyətini gördüm. Bəzən deyirdim, buradan qurtara bilsəydim...
Ailədən uzaq düşmək çox çətin idi. Onları üzməyim məni kədərləndirirdi. Amma həyatdır və heç kim heç nədən sığortlanmayıb. İnsan hər zülmə tabedir. Həbsxana həyatına da alışırsan..."\Teleqraf.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ