Onlayn ictimai-siyasi qəzet
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) noyabrın 7-də keçiriləcək iclasında faiz dərəcələrini 25 baza bəndi azaldacaq.
Musavat.com xəbər verir ki, Reuters-in sorğusuna qatılan 111 iqtisadçının yekdil fikri belədir. Bundan əlavə, respondentlərin 90 faizindən çoxu dekabr iclasında da tənzimləyicidən oxşar addım gözləyir.
FED-in növbəti iclası ABŞ prezident seçkilərindən iki gün sonra təyin edilib. Reuters-in sorğusunda iştirak edən bütün analitiklər ABŞ mərkəzi bankının müəyyən edilmiş müddət ərzində monetar yumşalma dövrünə qayıdacağını proqnozlaşdırıblar. Agentliyin proqnozlarına görə, noyabr və dekabr aylarındakı azalmalardan sonra ABŞ-da federal fondların dərəcəsi 4,25-4,50 faiz olacaq.
Jefferies-in baş iqtisadçısı Tomas Simons qeyd edib ki, ABŞ iqtisadiyyatının artıq pul siyasətinin yumşaldılmasına o qədər də ciddi ehtiyacı yoxdur. Bu arada, Societe Generale eksperti Stephen Gallagher borclanma xərclərinin orta səviyyədə azaldılmasını Federal Ehtiyat Sistemi üçün ən uyğun addım hesab edir. Hazırkı iqtisadi məlumatlar göstərir ki, belə tədbirlər olmadan FED-in 2 faizlik inflyasiya hədəfinə nail olmaq mümkün deyil.
Musavat.com
30 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ