İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafa Bəxtiyar Hacıyev olayından DANIŞDI: "Daha bir bütünüz sındı, Bəxtiyar olun!"

Xəbər verdiyimiz kimi, ictimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi ifşa edən sensasion açıqlamalar verib. İlkin Rüstəmzadə bu barədə feysbukda canlı yayım edərək, çıxış edib. O,  Bəxtiyar Hacıyevi “seksual manyak” adlandırıb.

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa da məsələ ilə bağlı öz fikirlərini bölüşüb.

O, sosial şəbəkə hesabında bu barədə yazıb:

“İlkin Rüstəmzadənin açıqlamasını izlədikdən sonra bu cümləni yazmaq zərurəti duydum: Avropaçılığı, Ateistliyi, Müsəlmançılığı, Amerikaçılığı, Cəbhəçiliyi, YAPçılığı, Müsavatçılığı, regionçuluğu, bütöv və yarımçıq Azərbaycançılığı əksər hallarda bütpərəst formasında yaşayan xalqımızın zavallı insanları. Daha bir bütünüz sındı. Bəxtiyar olun!

Gənclərimiz, orta nəslin insanları, sizlərə deyirəm, siyasi, ictimai, dini və başqa dələduzların dalınca çox da sürətlə getməyin, kimsəni bütə çevirməyin, hər sözü, hər fikri zamana və məkana görə təftiş edin, Vətən sevgisini saxta pafoslu vətənpərvərlikdən ayırın. 

Kimlərinsə bundan bəxtiyar görünməsinə aldanmayın, qalıcı olan hansı platformada olursa-olsun bu millətin, bu dövlətin faydası üçün səmimi çalışmaqdır”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR