İnsanlara hürriyət, millətlərə istiqlal!

Fatih Altaylı "Habertürk"dən ayrıldı

Habertürk kanalında "Təkə tək", "Təkə tək elm", "Təkə tək özəl" verilişlərinin aparıcısı, jurnalist Fatih Altaylı “Habertürk”dən ayrıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, köşə yazısı yazaraq getdiyini açıqlayan Altaylı “Bundan sonra mediada heç kimə "patron" deməyə gücüm çatmır” deyib.

"Həqiqətən hesablamadım, bilmirəm bu neçənci vidadır. Bəli, vida... İndi də “Habertürk” keçmişimdə qalır. “Habertürk”ü birlikdə qurduğumuz bütün iş yoldaşlarıma, mediada sayları getdikcə azalan jurnalistlərə təşəkkür edirəm.

Bundan sonra mediada heç kimə "patron" deməyə gücüm çatmır. Sayqı duyacağım elə birini də görmürəm. Amma bir müddət sonra yazılarıma fatihaltayli.com.tr adresində davam etməyi düşünürəm. Sonrasına baxarıq”.

 

Musavat.com

Screenshot_1.png (130 KB)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR