İnsanlara hürriyət, millətlərə istiqlal!

Əvvəlcə əri, sonra özü... - Məşhur həkimin faciəvi ÖLÜMÜNÜN DETALLARI

Krımı Rusiya ilə birləşdirən Kerç körpüsünün vurulmasından sonra Ukrayna raketlərlə bombalanıb. Rusiya torpaqlarından, Xəzər dənizindən və Qara dənizdən atılan ən azı 80 raket Ukraynanın 13 şəhərini hədəfə alıb. Raket hücumları nəticəsində 19 nəfər həlak olub.

Bu hücumlarda həyatını itirənlərdən biri var ki, onun ölümü və həyat heyakəsi dünya mediasında xüsusilə işıqlandırılıb.

Musavat.com "The Telegraph"a istinadən xəbər verir ki, Ukraynanın tanınmış cərrahlarından biri beş yaşlı oğlunu uşaq bağçasına aparıb qoyduqdan sonra Rusiyanın amansız raket zərbəsi nəticəsində öldürülüb.

Məşhur onkoloq Oksana Leontyeva son 11 ildə Kiyevin ən yaxşı uşaq xəstəxanası "Oxmatdyt"də sümük iliyi transplantasiyası əməliyyatı edərək saysız-hesabsız uşağın həyatını xərçəngdən xilas edib.

Qadının işlədiyi xəstəxanadan verilən açıqlamaya görə, Leontyeva işə çatmaq və xəstələrini müayinə etmək üçün uşaq bağçasından tələsik çıxıb və raket atəşi nəticəsində öz avtomobilində dünyasını dəyişib.

"O, əsl peşəkar, xəstələri və həmkarları üçün motivasiya mənbəyi idi. Onun ölümü xəstəxana ilə yanaşı, Ukrayna üçün də böyük itkidir. Ürəyimizdə ağrı ilə sizə bildiririk ki, həkim Oksana Leontyeva Kiyevdə raket atəşi nəticəsində həlak olub" -  "Oxmatdyt"ın açıqlamasında bildirilib.

Dəhşətlisi odur ki, Oksana Leontyevanın əri də bir il əvvəl öldürülüb. İndi onların 5 yaşlı övladı baba-nənə himayəsindədir.

"The Telegraph"a danışan həmkarı Oksananı həmişə insanlarda yaxşılıq edən biri kimi xarakterizə edib:

"Onun ciddi iş təcrübəsi var idi və heç vaxt həmkarlarını ruhdan salmırdı. O, çox etibarlı idi".

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR