Onlayn ictimai-siyasi qəzet
Masallıda həyat yoldaşını öldürməkdə şübhəli bilinən kişi intihara cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə Masallı rayon prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin aralarında yaranmış mübahisə zamanı rayonun Təzə Alvadı kəndi ərazisində bıçaqla Sədaqət Səfərovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra isə özünə xəsarətlər yetirərək intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ