İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlər işıqsız qaldı, yüzlərlə aviareys təxirə salındı, ölənlərin sayı artır

Qış fəslinin təsirli olduğu ABŞ-da 6 gündə 40 nəfər ölüb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbiylə ölkədə bu gün 1090 aviareys ləğv edilib, 4 min 221 reys gecikib, 3 ştatda 95 minə yaxın insan isə işıqsız qalıb.

Belə ki, ölkə mətbuatının təqdim etdiyi görüntülər kino səhnələrini xatırladır.

Məlumata görə, yanvarın 12-dən bəri davamlı qar yağması və soyuq hava Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölümlərə səbəb olub.

Səhiyyə İdarəsi tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb.

Meteoroloji xidmətlər Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün olduğunu və küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.

ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən “Poweroutages” saytında bu gün ölkənin üç ştatında 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR