İnsanlara hürriyət, millətlərə istiqlal!

Evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verildi- Foto

Tovuz rayonu Vahidli kəndində orta məktəbin 10-cu sinf şagirdinin evlənmək məqsədilə qaçırılması ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, qaçırılan məktəbli artıq  ailəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədilə qaçırıb. Komitədən məsələnin nəzarətdə saxlanıldığı bildirilib.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, müraciətlə əlaqədar Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb: “Tədbirlər nəticəsində qızın yeri müəyyən edilib. O, polisə verdiyi ifadəsində öz istəyi ilə qoşulub qaçdığını deyib. Bundan əlavə, həm rayon polis şöbəsinin rəisinin iştirakı ilə, həm də rayon prokurorluğunda valideynləri ilə görüşdürülüb. Hər iki görüşdə öz istəyi ilə qaçdığını bildirib”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR