Onlayn ictimai-siyasi qəzet
Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortaya çıxıb.
Məlum olub ki, Kalbenin xaricdə kokaindən istifadə etdiyi zaman gizli olaraq çəkilmiş videosu İstanbul polisinə göndərilib. Həmçinin müğənninin sənət dünyasında tanınmış bir çox insanı narkotiklə təmin etdiyi iddia olunub.
Xatırladaq ki, İstanbul Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin qrupları tərəfindən ötən həftə Kalbenin evinə basqın edilib. Keçirilən əməliyyat çərçivəsində Kalben Sağdıç saxlanılıb.
Onun evində aparılan axtarışlar zamanı 2 000 avro, 730 dollar və 1 500 Türkiyə lirəsi ilə yanaşı üç parça şəklində, ağırlığı 15 qram olan “skunk” tipli narkotik vasitə ələ keçirilib.
Həmçinin Kalbenin evində oyuncaq maşının içində narkotik maddə tapılıb. Eyni zamanda onun içində narkotik olan bir bankanı da eyvandan aşağı atdığı müəyyən edilib.
Müğənni məhkəmə nəzarəti altındadır və onun xaricə çıxışına qadağa qoyulub.
Mənbə: SABAH
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ