Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Türkiyənin İzmir şəhərində günlərdin axtarılan 25 yaşlı universitet tələbəsi Gökçe Bebeci yaşadığı evində ölü tapılıb.
Musavat.com xəbər verir ki, Gökçe Bebecinin ölümü şübhəli sayıldığı üçün ekspertizaya aparılıb.
Aparılan əməliyyatlardan sonra gənc qızın ölüm səbəbi məlum olub.
Memarlıq fakültəsinin 4-cü kurs tələbəsi olan gənc qızın ilkin təsbitlərə görə infarktdan öldüyü məlum olub. Yarılmadan sonra ailəsinə təhvil verilən gənc qızın cənazəsi torpağa tapşırılıb.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ