İnsanlara hürriyət, millətlərə istiqlal!

“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO

Əməkdar artist Firuzə İbadova evini satıb. 

Müğənni bu haqda müğənni “Həftənin qonağı” verilişində danışıb.

İfaçı bir ildən çoxdur kirayədə yaşadığını deyib: “1 il 2 aydır kirayədə qalıram. Pandemiyada evimi satdım. İpotekada idi, hər şey dayandı, ödəyə bilmədim. Xoşluqla şirkətə gəldim, dedim pulunuzu çıxın, mənim haqqımı verin. Düşündüm gedib ona uyğun ev alaram. Amma pandemiya uzandı, anam dünyasını dəyişdi. Anama 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm”.

Qızı Hülyadan söz açan F.İbadova bildirib ki, övladı həyat yoldaşından ayrılıb və onunla yaşayır: “Qızım Kanadada yaşayırdı. Orada yaşaya bilmədi, qayıtdı Bakıya, amma həyat yoldaşı gəlmədi. Zinət əşyalarım var idi, satıb müəyyən xərclərimizi ödəyirik. Nəvəmin atası onun oxumağına kömək edir. Mən də pensiya və fəxri ada görə təqaüd alıram. Belə dolanırıq. Hər gün toya getdim, amma qazanmadım”. (Qafqazinfo)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR