Onlayn ictimai-siyasi qəzet
Hazırda Türkiyədə müalicə olunan “Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı müsahibə verib.
Musavat.com xəbər verir ki, o, rəhbəri olduğu kanala müsahibəsində hazırkı durumu, müalicə prosesi və gələcək planları barəsində danışıb.
Əvəz Zeynallı bildirib ki, 2 gün öncə ilk kimyaterapiya alıb, müalicəsini davam etdirir:
"İlk işim həyat uğrunda bu mübarizəni qazanmaqdır. Ömrümün əhəmiyyətli bir hissəsini yaşamışam.
Mən mətbuatdan kənarda qala bilmərəm. Təbii ki, mətbuatda qalacağam. Üçüncü dəfə həbs olunmağa isə halım yoxdur. Heç ikinci dəfə həbs olunmağa halım yox idi".
Müsahibəni təqdim edirik:
Musavat.com
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ