Onlayn ictimai-siyasi qəzet
"Anam və qayınanam bizdədirlər. Bir də dayələr var. İndi hər yerə rahat gedib, gələ bilirəm".
Bu sözləri müğənni Sevda Yahyayeva "Söhbət var" verilişində deyuib. Sənətçi övladlarından danışıb. O bildirib ki, uşaqlarına baxmaqda ona anası və qayınanası yardım edir.
"Boş olanda vaxtımı uşaqlarıma ayırıram. Böyük qızımın 1,5 yaşı var, balaca 5 aylıqdır. Artıq baxçaya gedir. Yaş fərqi azdır deyə, ikisi də əkiz kimidir. Evdə bir yerdə olanda dava düşür. Balacanı qucağıma alanda, böyük ağlayır ki, məni də götür" deyə, Sevda söyləyib.
Sənətçi həyat yoldaşı Zakir Bayramovla münasibətlərindən də söz açıb:
"Evdə adi Sevdayam. İşlə bağlı getdiyim yerdə Sevda Yahyayevayam. Qapımdan içəri girəndə dəyişirəm. Müğənniyəm, tanınmışam səhnədə, tamaşaçı üçün. Evdə isə adi, Zaikirin həyat yoldaşı Sevdayam. Onun iş tapşırmağı xoşuma gəlir. O qədər mədəni formada nəyisə istəyir ki: zəhmət olmasa köynəyimi ütülə, yeməyi hazırla". /Axşam.az
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ