İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçılar Tiflisdə parlament binasının pəncərələrini sındırdılar

Tiflisdə hakimiyyət əleyhinə növbəti etiraz aksiyası zamanı Gürcüstan parlamentinin yerləşdiyi binanın pəncərələri sındırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, mitinq başladıqdan dərhal sonra aksiya iştirakçılarının bir qismi zorakılığa əl atıb. Həmçinin, bir neçə mitinq iştirakçısı pirotexniki vasitələr, daşlar və digər ağır əşyalar istifadə edib.

Daxili İşlər Nazirliyi aksiyanın hər bir iştirakçısını etirazlarını qanuni və dinc şəkildə ifadə etməyə, həmçinin qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb. 

 

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR