İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya Rusiya avtomobillərinin ölkəyə girişini qadağan edib

"Estoniya Avropa Komissiyasının direktivinə uyğun olaraq, Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişini qadağan edir".

“Report” xəbər verir ki, bunu Estoniya daxili işlər naziri Lauri Lyaenemets bildirib.

“Sentyabrın 13-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobil sahibi ya Rusiyaya qayıtmalı, ya da avtomobilsiz sərhədi keçməli olacaq” , - nazir vurğulayıb.

DİN rəhbəri bildirib ki, bu məhdudiyyətlər qonşu dövlətlər - Latviya və Litva ilə də razılaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR