İnsanlara hürriyət, millətlərə istiqlal!

Estoniya hərbçiləri Baltikdə güc tətbiq etmək hüququna malik olacaqlar

Estoniya iqtisadi zonada hərəkətlər də daxil olmaqla, təhdidlər halında öz hərbi dəniz qüvvələrinə Baltik dənizində güc tətbiq etməyə icazə verəcək.

Musavat.com ArbatMedia-ya istinadla xəbər verir ki, bunu ölkənin müdafiə naziri Hanno Pevkur deyib.

“Məsələ ondadır ki, hərbi dəniz donanmasına təhlükə yaranarsa, Estoniyanın bütün dəniz ərazisində, o cümlədən iqtisadi zonada güc tətbiq etmək hüququ verilir”, - deyə Pevkur qeyd edib.

Bu qərarı həyata keçirmək üçün Estoniya Müdafiə Nazirliyi “Müdafiə qüvvələrinin təşkili haqqında” və “İqtisadi zona haqqında” qanunlara düzəlişlər hazırlayıb.

Bu dəyişikliklərin baxılmaq üçün parlamentə təqdim edilməsi planlaşdırılır. Yeni prosedur nəzərdə tutur ki, hərbçilər şübhə yarandığı halda ilk növbədə gəminin kapitanı ilə əlaqə saxlamalı, kursun dəyişdirilməsi və yanalma təklif etməlidir. Gücdən istifadə yalnız müdafiə nazirinin razılığından sonra mümkün olacaq.

Bu tədbir Estoniya və Finlandiyanı birləşdirən Baltik dənizində sualtı kabellərin qırılması ilə bağlı artan insidentlərə cavabdır.

Dekabrda Finlandiya hakimiyyəti Sankt-Peterburqdan gələn “Eagle S” tankerini təxribatlardan birində şübhəli bilinərək saxlayıb. Avropa İttifaqı hesab edir ki, bu cür hərəkətləri Rusiyanın “kölgə” donanmasının gəmiləri təşkil edə bilərdi.

Bu hadisələr fonunda NATO Baltik dənizində hərbi mövcudluğunu gücləndirmək niyyətini açıqlayıb. Finlandiyanın “Yle” agentliyinin məlumatına görə, alyans regionda əsas sualtı kommunikasiyaları qorumaq üçün təxminən on gəmi göndərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Yanvar 2025

18 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR