Onlayn ictimai-siyasi qəzet
Ermənistan dövlət sirlərinə çıxışı olan Estoniya vətəndaşlarının səfərləri baxımından "təhlükəli" ölkələr siyahısına daxil olunub.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Litva" teleqram kanalı məlumat yayıb.
Qeyd olunur ki, Estoniya hakimiyyəti əvvəllər yalnız Rusiya, Belarus və KXDR-in daxil olduğu siyahını genişləndirib. İndi Daxili İşlər Nazirliyinin siyahısına Çin, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan da daxil edilib. Bununla dövlət sirlərinə çıxışı olan estoniyalılar səfərin başlamasına ən geci 5 gün qalmış təhlükəsizlik xidmətlərinə məlumat verməlidirlər.
Musavat.com
07 Iyul 2025
06 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ