Onlayn ictimai-siyasi qəzet
Aparıcı Şəhriyar Əbilov əməliyyat olunmasından danışıb.
Musavat.com-a açıqlama verən Şəhriyar Əbilov bildirib ki, burnunda çəpər əyriliyi olduğu üçün nəfəs almasında problem yaşayıb.
"Videomu görənlər elə bilir ki, estetik əməliyyat olmuşam. Amma elə deyil. Burnumda çəpər əyriliyi vardı. Beynimə hava çatmırdı. Başım gicəllənirdi, gecələr yata bilmirdim.
İndi yaxşıyam. Kiçik əməliyyatla sağlamlığıma qovuşdum", - aparıcı qeyd edib.
Könül
Musavat.com
14 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ