Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd Britaniya kəşfiyyatı ilə əməkdaşlıq etmiş ola bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə 90-cı illərin əvvəllərində Əsədin atası Hafizin tələbi ilə kəşfiyyat xidmətləri tərəfindən hazırlanmış məxfi sənədləri dərc edən suriyalı jurnalist Nizar Nayuf bildirib.
“Sky News Arabia” telekanalının məlumatına görə, Hafiz Əsəd oğlunun gələcək gəlininə etibar etməyib və onların evliliklərinə qarşı çıxıb. Hafiz Əsəd Əsmaya etimad etmədiyinə görə kəşfiyyat xidmətlərinə onu İngiltərədə izləməyi və onun çevrəsini öyrənməyi tapşırıb. Bəşər və Əsmanın evliliyi yalnız Hafiz Əsədin ölümündən sonra baş tutub.
Bəşər Əsədin həyat yoldaşı Londonda anadan olub və London Universitetinin Kral Kollecini bitirib. Suriya kəşfiyyat xidmətləri müəyyən ediblər ki, “JPMorgan Bank”da işləyərkən Əsmanı britaniyalı kəşfiyyatçı qadın müşayiət edib və ona kömək göstərib..
Bundan əlavə, Hafiz Əsədə məlumat verilib ki, Bəşər bahalı otellər yerləşən küçədə Əsma və onun anası ilə görüşüb, bu zaman onları Böyük Britaniyanın kəşfiyyat xidmətinin əməkdaşları qoruyub.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ