Onlayn ictimai-siyasi qəzet
“Ukraynaya qarşı müharibədə iştirak edən və ana söyüşü söyən rusiyalılar öldürülmə riski ilə üz-üzədirlər. Çünki bu, onların daxili mənəvi vəziyyətinə mənfi təsir göstərir”.
Musavat.com xəbər verir ki, bu fikirləri Rus Pravoslav Kilsəsinin (RPK) Moskva şəhər yeparxiyasının informasiya komissiyasının rəhbəri, keşiş Aleksandr Volkov səsləndirib.
“Uşaqlar geri qayıdıb deyirlər ki, ilk növbədə söyüş söyənlər ölür və ya yaralanır. Bu, bir qanundur, bunu mən uydurmamışam, amma bu, işləyir”, - deyə keşiş vurğulayıb.
Volkov izah edib ki, qeyri-etik ifadələrdə “ruhani məna” var və bu sözlər “sadəcə 5 sözdən ibarət bir ifadə deyil, şeytani mahiyyət daşıyır”.
“İstər gənc, istərsə də təcrübəli döyüşçülərə keşişin hər zaman verdiyi tövsiyə eynidir: unutmayın, cəbhə xəttində söyüş söymək olmaz. Bu, dünyəvi bir insan üçün qəribə görünə bilər: orada atəş açılır, qorxu var, emosiyalar üzə çıxır… və tez əmr verməyin yeganə yolu söyüşdür. Amma silahı əlinə aldınsa, söyüşü unutmaq lazımdır”, - deyə keşiş xəbərdarlıq edib.
Bundan əvvəl isə RPK Qərbin uzaqmənzilli raket zərbələrini “abortlara görə ilahi cəza” adlandırmışdı.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ