İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsədin əsgərləri niyə müqavimət göstərə bilmədi? - İRANDAN SON DƏQİQƏ AÇIQLAMASI

Suriyada müxalifət 61 illik Baas rejiminə son qoyularkən Əsəd rejiminə sadiq əsgərlərin niyə irəliləməyə müqavimət göstərməməsi də maraq doğurub. 

Musavat.com xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Suriya təhlükəsizlik qüvvələrinin İdlibdəki hərəkatlardan xəbərdar olduğunu, lakin ordunun qeyri-kafi olduğunu açıqlayıb.

Suriya ordusunun motivasiyasını itirdiyini deyən Əraqçi, bu vəziyyətin təbliğatdan və psixoloji müharibədən qaynaqlandığını bildirib.

İran Dışişleri Bakanı Abbas Erakçi.

"Şübhəsiz ki, hadisələrin inkişaf sürəti və Suriya ordusunun hər hansı bir addım atmağa qadir olmaması təəccüb doğurur. Bəşər Əsəd bizdən heç vaxt kömək istəməyib. İranın Suriyada mövcudluğu "İslam Dövləti"nə qarşı mübarizəyə yönəlib. Suriyada hadisələrin sürətlə inkişaf etməsi Tehranda da təəccübə səbəb olub",-deyə Abbas Əraqçi bildirib.

O, həmçinin vurğulayıb ki, İran hər zaman Suriya hökumətinə müxalifətlə dinc dialoq qurmağı tövsiyə edib.

Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri İran Bəşər Əsədin əsas müttəfiqlərindən biri olub və “Hizbullah” da daxil olmaqla iranpərəst qruplar ona yardım edib. Livan mənbələri “Reuters” agentliyinə bildiriblər ki, silahlılar Dəməşqə yaxınlaşdıqca, sonuncu öz qüvvələrini Suriyadan çıxarıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR