İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əsas məqsədimiz çay mədəniyyətinin qorunması və inkişafıdır” - Tərlan Lətifov

Kənd təsərrüfatının inkişaf edən sahələrindən biri də çayçılıqdır. Bir müddət əvvəl çayçılığın inkişafına dair “2018–2027-ci illər üçün Dövlət Proqramı”nın imzalanması bu sahədə görülən işlərin genişlənməsinə təkan verdi.

Dövlət qurumları ilə yanaşı özəl şirkətlər də çayçılığın inkişafına dəstək olur. Xüsusilə də qida sənayesinin əsas təminatçılarından biri “Azərsun Holdinq” tərəfindən təqdim edilən “Azerçay” markasının bu istiqamətdə həyata keçirdiyi layihələr özünəməxsusluğu ilə seçilir.

Hazırda isə çayçılıq plantasiyalarında yığım mövsümü başlayıb. “Azerçay” mövsümün başlaması ilə əlaqədar Masallı rayonundakı çay plantasiyasına mediatur təşkil edib.

Media nümayəndələri yığım prosesi, çayın becərilməsi, müasir suvarma avadanlıqları ilə əyani tanış olublar.

“Azerçay” markasının marketinq müdiri Tərlan Lətifovun sözlərinə görə marka dünyanın 40-dan çox ölkəsində çay mədəniyyətini təmsil edir: “Azerçay” markasının əsas məqsədi Azərbaycan çay mədəniyyətinin qorunması və ölkəmizdə çayçılığın inkişafına təkan verməkdir. Masallı çay bağları ilə yanaşı, cənub regionunda 4 mindən artıq fermerin öz təsərrüfatında yetişdirdiyi məhsulu tədarük edirik. Məhsullarımızı daxili bazarla yanaşı dünyanın 40 dan çox ölkəsində istehlakçılara təqdim etməklə çay mədənyyətimizi təmsil edirik”.

Daha sonra jurnalistlərlə həmsöhbət olan “Sun Tea” çay fabrikinin rəhbəri Nuriyyə Rəhmanova bu il məhsuldarlığın yüksək olacağını qeyd edib:Hazırda ilin ilk yığım prosesi gedir. Ölkəmizdəki iqlim şəraitinə əsasən məhsuldarlığımızın yüksək olacağını proqnozlaşdırırıq. Məhsulumuz yüksək keyfiyyət standartlarına görə həm yerli, həm də dünya bazarında rəğbətlə qarşılanır”

Qeyd edək ki, Doğma Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycan çayının dünyada tanıdılması ilə qürur duyur.

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR