İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın təhsil naziri Paşinyanın yeni katolikos seçilməsi ilə bağlı niyyətini təsdiqlədi



Hesab edirəm ki, baş nazirin postunda bütün suallarınıza cavablar var, əlavə edəcəyim heç nə yoxdur.

Musavat.com
erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan iyunun 10-da parlamentdə jurnalistlərlə söhbətində deyib.
Erməni nazir bununla baş nazir Nikol Paşinyanın “bütün ermənilərin katolikosu” II Qareginin ölkədən çıxarılması məsələsi ilə məşğul olacaq koordinasiya qrupunun yaradılması barədə bəyanatına münasibət bildirib.

“Siz soruşursunuz ki, koordinasiya qrupunun üzvləri necə, hansı meyarlarla seçiləcək, mən sizə cavab verirəm ki, bu yazıda həm meyarlar, həm də seçki mexanizmi haqqında məlumat var, əlavə etməyə heç nəyim yoxdur”, - Andreasyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR