Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Laçın yolu istiqamətində düzülmüş TIR-lara tamaşa etmək üçün bölgəyə gəliblər.
Musavat.com xəbər verir ki, politoloq Yeganə Hacıyeva Ermənistanın Azərbaycanla sərhəddə oynadığı “Spayka əməliyyatı”nı müşayiət üçün diplomatları Azərbaycan-Ermənistan sərhədinə gələn ölkələrin siyahısını açıqlayıb:
Digərlərini anladıq, bəs Ukrayna səfiri Rusiya və İran səfiri ilə birgə orada nə gəzir?
Müharibənin ilk günlərindən Azərbaycan Ukraynanın bərpası üçün pul, benzin, humanitar yardım və s. göndərir. Ermənistan Hava Yolları Rusiya və İranın hərbi yüklərini işğal olunmuş Ukrayna ərazilərinə daşıyır, etnik erməni hərbi muzdlular Ukrayna ərazilərində ruslar tərəfindən vuruşur. Ukrayna diplomatı İran dronlarını Ukraynanın işğal edilmiş ərazilərinə, Ukrayna əsgərlərini, mülki əhalisini öldürməyə daşıyan Ermənistanın “Spayka əməliyyatı”na dəstək vermək üçün Azərbaycan sərhədinə gəlib?”
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ