İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın sərhəddə zavod inşa etməkdə əsl məqsədi- İlginc məqamlar

 

"Layihə strateji ərazidə tikilir, buna görə də etiraz edilməlidir. Siyasi baxımdan yanaşsaq, bu, Sünikdə ABŞ və Rusiyanın konsulluqlarının açılması ilə başlanan prosesin hibrid hissəsidir".


Bunu Musavat.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. Ekspertin fikrincə, güc mərkəzlərinin Şərqi Zəngəzur istiqamətində toplanması gələcəkdə qarşıdurmanın yaranacağı ehtimalı kimi anlaşıla bilər:

"Araz çayı regional çaydır. Zavodun inşası nəticəsində tullantılar ciddi miqyasda çirklənməyə səbəb olacaq. Müasir dövrdə mədən əməliyyatlarının həyata keçirilməsi üçün müəyyən edilmiş qaydalar var. Bu, ABŞ qanunları ilə tənzimlənir, amma Ermənistan Arazdəyəndə zavod inşa etmək istəyirsə, bu, daha çox Azərbaycana qarşı ekoloji terror kimi dəyərləndirilir.

Hesab edirəm ki, bu məsələ ilə bağlı çağırışlar transsərhəd kontekstində qiymətləndirilməlidir. İşğal dövründə Ermənistan Azərbaycana qarşı həm də ekoloji müharibə həyata keçirib. Torpaqlarımıza dəyən zərəri nəzərə alsaq, məsələni diqqətdə saxlamalıyıq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR