İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlon geri dönəcək” - Vitse-prezident Vens Tramp-Mask qarşıdurmasından kədərlənir

ABŞ Prezidenti Donald Tramp ilə məşhur iş adamı İlon Mask arasında yaşanan açıq qarşıdurma administrasiya daxilində də narahatlıq doğurub. Musavat.com xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D. Vance) bu münasibətlərin gərginləşməsindən təəssüfləndiyini bildirib.

“Prezidentə qarşı hər zaman loyallığımı qoruyacağam və ümid edirəm ki, İlon Mask zamanla yenidən sıralarımıza geri dönəcək,” – deyə Vens jurnalistlərə açıqlamasında bildirib.

Qeyd edək ki, Tramp və Mask arasında son zamanlar fikir ayrılığı kəskinləşib. ABŞ prezidenti İlon Maskı “qeyri-sabit davranış sərgiləyən adam” kimi tənqid edib. Mask isə bəzi çıxışlarında Tramp administrasiyasını ələ salıb, Trampı isə çirkli keçmişi ilə təhdid edib.

Vitse-prezident Vens isə tərəflər arasında yaranmış bu qarşıdurmanın Respublikaçı komandada parçalanmaya səbəb ola biləcəyindən narahatdır. Onun fikrincə, texnologiya və siyasətin kəsişdiyi bu həssas dövrdə Tramp və Mask kimi iki böyük fiqurun birlikdə hərəkət etməsi ABŞ üçün strateji əhəmiyyət daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR