Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və hakim “Mülki müqavilə” partiyasının deputatı Qaqik Melkonyan məhkəməyə gəlmək zərurəti barədə bildiriş alıblar.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumatda bildirilir ki, onların məhkəməyə çağırılmasına səbəb, Arsenyan və Melkonyana aid ərazilərdə, həmçinin "Mülki müqavilə"nin ofisi yaxınlığında partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlıdır. İstintaq başa çatıb və materiallar məhkəməyə göndərilib.
İstintaqın məlumatına görə, şübhəli şəxs fevralın 20-də "Birləşmiş fəhlə partiyası"nın (rəhbəri - Arsenyan) ofisinin 9 metrliyində əldəqayırma partlayıcı qurğunu (1 kq trotil və pentalit) yerləşdirib. Daha bir bomba "Mülki müqavilə" partiyasının ofisi yaxınlığında tapılıb. Lakin mexanizmin nasazlığı səbəbindən qurğular işləməyib. İş üzrə zərərçəkmişlər Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, Qaqik Melkonyan və Qurgen Arsenyandır. Onlar ifadə vermək üçün məhkəməyə çağırılıblar. Lakin bildirişə baxmayaraq, məhkəməyə gəlmirlər.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ