İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın naziri ‘’Minsk Qrupu’’ deyə, israr etdi - İrəvan cığallığa keçib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlama ilə çıxış edib.

Musavat.com erməni mediasına istinadın bildirir ki, onun bu açıqlaması klassik erməni cığallığı və diplomatik fırıldaqdır. Sitat: ‘’Əvvəldən dedik ki, Azərbaycanın təklif etdiyi məqamlarda Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur, lakin bu məqamlar gözlənilən sülh sazişinin bütün mümkün gündəliyinə, mövcud problemlərin bütün spektrinə təsir göstərmir. Və bu baxımdan bizim üçün ‘’artsax’’da hüquq və təhlükəsizlik məsələlərini, eləcə də ‘’artsax’’ın statusunu müzakirə etmək vacibdir. Biz hesab edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin mandatı çərçivəsində sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi vacibdir. Hələlik bu məqamlarla bağlı Azərbaycandan müsbət cavab eşitməmişik. Amma bilirsiniz ki, bu danışıqların mümkün olması üçün səylər göstərilir. Ona görə də mən yalnız bizim hazırlığımızı, regionumuzda sülh və sabitliyə sadiqliyimizi vurğulaya bilərəm. Amma bunun üçün hər iki tərəfin istəyi lazımdır’’.

Göründüyü kimi, rəsmi İrəvan xarici işlər naziri Ararat Mirzoyanın dili ilə faktiki olaraq, sülh danışıqlarını pozmaq cəhdi göstərir və prosesi ‘’uzatma dəqiqələri’’nə daşıyır. İrəvan mümkün olmayan bir formatı – ATƏT-in Minsk Qrupunu diriltməyi və sülh danışıqlarını bu platformada aparmağı təklif edir.

Rusiya bir yandan Minsk Qrupunu dəfn edir, o yandan qrupun təcrübəsini  tərifləyir - ziddiyyət, ya oyun?..

Artıq hər kəsə bəllidir ki, Minsk Qrupu formatı çalışmaz hala gəlib və bu formata həmsədrlik edən ölkələr faktiki olaraq, savaş halındadırlar. Rusiya, Fransa və ABŞ Ukrayna ərazisindən istifadə etməklə, bir birinə qarşı amansız savaş aparmaqdadırlar. Bu ölkələrin özlərinin yeni bir barış formatına ehtiyacları var, o ki ola onlar bir yerdə hansıs münaqişəni sülh müqaviləsinəcən apara bilsinlər...

Artıq bu ölkələrin rəsmiləri Azərbaycan – Ermənistan münasibətlərində iştirak üçün özəl təmsilçilər ayrıblar və həmsədrlik təısisatı artıq mövcud deyil. Azərbaycan da dəfələrlə bildirib ki, Minsk Qrupu forçatını qəbul etmir, bu qrub ‘’cəhənnəmə gedib’’...

Paşinyan və Mirzoyan Rusiyaya səfər edəcək

Belə olan halda Ermənistan Ararat Mirzoyanın timsalında niyə oyunpozanlıq edir, düzünə qəsdlə zamanı uzadır?

Bir sıra ekspertlərin nəzərincə, Paşinyanın son Moskva əfərindən sonra Ermənistanın baş naziri və onun komandası danışqlardakı konstruktiv mövqeyindən və Brüssel anlaşmalarından uzaqlaşıblar. Bunun da səbəbi Rusiyanın təhdidləri, paralel olaraq da verdiyi vədləri ola bilər. Mümkündür ki, zamanı uzatmaqla Ermənistan dünyadakı beynəlxalq konyukturun dəyişəcəyinə, xüsusi ilə də 2023-cü ildə Erdoğanın prezident seçilməməsi ehtimalına oynayır. Oynağan diplomatiyanın başında dayanan Ararat Mirzoyanın açıqlaması da zaman uzadılması taktikasının cümlələrlə ifadə olunmuş təzahürüdür.

İstənilən halda, əminik ki, Azərbaycan XİN bu məsuliyyətsiz və diplomatik fırıldaq xarakterli açıqlamaya münasibət göstərəcəkdir . Bizə görə isə, Ermənistana lazım olan inandırıcı cavab Azərbaycan ordusundan, Ali Baş Komandanın ‘’Dəmir Yumruq’’undan gəlməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR