İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri: "Şeytanla da əməkdaşlığa hazırıq”

“Biz şeytanla da əməkdaşlığa hazırıq”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan parlamentdəki çıxışında deyib.

O bildirib ki, ordu üçün hər şey etməyə hazırdır: “Əsas odur ki bunun ordumuza faydası olsun. Mövcud problemlərin həlli üçün mən hər şeyi etməyə hazıram”.

S.Papikyan, həmçinin istefası ilə bağlı iddiaların əsassız olduğunu söyləyib: “Mən istefa verməyə hazırlaşmıram. Ordudakı islahatları başa çatdırmaq niyyətindəyəm”.

Nazir onu da qeyd edib ki, İrəvanın mərkəzindəki yeni tikilidən aldığı mənzili qaytarmağa hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR