İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın müdafiə naziri cərimələndi

Ermənistanın müdafiə naziri Suren Papikyan “Vətəndaş müqaviləsi” partiyasının İdarə Heyətinin sədri olarkən yol verdiyi qanun pozuntularına görə cərimələnib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Qeyd olunub ki, Papikyan 2022-ci ildə “Siyasi partiyalar haqqında” qanunu pozaraq, təxminən 11,4 milyon dram (təxminən 30 min dollar) məbləğində xərclərin nağd şəkildə ödənilməsinə icazə verib. Halbuki, bütün xərclər nağdsız şəkildə aparılmalıdır.

Xərclərin şərtlərini aydınlaşdırmaq üçün aprel ayında komissiya 2022-ci il üçün bank hesablarından bütün çıxarışları təqdim edən “Vətəndaş müqaviləsi” tərəfinə müraciət edib.

Məlum olub ki, partiya öz vəsaitinin bir hissəsini bankomatlar vasitəsilə nağdlaşdırıb, lakin ümumi məbləğin nəyə xərcləndiyini dəqiqləşdirməyib. Məlumata görə, Papikyan Dövlət Komissiyasının dəvəti ilə prosesə aydınlıq gətirmək üçün gəlməyib.

Nəticədə avqustun 16-da onun iştirakı olmadan qərar qəbul edilib. S. Papikyan 2022-ci ilin oktyabrına qədər partiyanın İdarə Heyətinə rəhbərlik edib və onu baş nazir Nikol Paşinyan əvəzləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR